Dəfndə şok: Öldüyü güman edilən qadın dirildi – Video

Dəfndə şok: Öldüyü güman edilən qadın dirildi – Video

Ekvadorda həkim tərəfindən infarkt keçirərək öldüyü bildirilən və saatlarla tabutda qalan qadının sağ olduğu ortaya çıxıb.

AzerTimes xarici mediaya istinadən xəbər verir ki, öldüyü güman edilən qadının yaxınları tabutun içindən səslər eşidib və qadının həqiqətən sağ olduğunu anlayıblar.

76 yaşlı Bella Monto tabutdan çıxarılaraq xəstəxanaya aparılıb. Ölü bilinən qadın hazırda həmin xəstəxanada müalicə alır.

Ekvador Səhiyyə Nazirliyi hadisəylə bağlı araşdırmalara başlayıb.

Teqlər: