Borrell: Növbəti görüş Brüsseldə baş tutacaq

Borrell: Növbəti görüş Brüsseldə baş tutacaq

Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Avropa Parlamentində keçirilən dinləmə zamanı deyib.

Onun sözlərinə görə, Aİ Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır:

“Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”.

J.Borrell bildirib ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.

Teqlər: