Azərbaycanla tək ürək olmağa davam edəcəyik – Gülər

Azərbaycanla tək ürək olmağa davam edəcəyik – Gülər

Azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib:

“Türkiyə ilə Azərbaycan bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə fəaliyyətlərini davam etdirəcək”.

“Azərbaycan Ordusunu daha da inkişaf etdirmək üçün hər cür dəstəyi verməyə hazırıq. NATO standartlarına uyğun olaraq birgə təlimlərimizi davam də etdirəcəyik”, – Y.Gülər vurğulayıb.

Teqlər: