Dedilər ki, Vilyam Hacıyev tapşırıq verib, xəstəxanaya ayrılan pulun 30 faizini icra hakimiyyətinə verməliyəm – Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Cəsur Paşayev bildirib ki,
İmişli rayon Mərkəzi Xəstəxanasında baş həkim işləyib, ayrı-ayrı
illərdə icra hakimiyyətində ondan rüşvət alınıb.

“Vilyam Hacıyevə birbaşa rüşvət verməmişəm. İcra hakimiyyətinin
maliyyə şöbəsinin müdiri çağırıb rüşvət tələb edirdi. 2015-2018-ci
illərdə müxtəlif məbləğlərdə rüşvət vermişəm. Bir dəfə Vilyam
müəllimə dedim ki, maliyyə şöbəsinin müdiri pul tələb edir. O da
heç nə demədi. Bundan sonra yenə eyni vəziyyət davam edir. Maliyyə
şöbəsinin müdiri deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib.

Xəstəxananın təmirinə pul ayrılmışdı. Maliyyə şöbəsinin müdiri
çağırıb dedi ki, vəsaitin 30 faizi icra hakimiyyətinə
verilməlidir”, – deyə şahid bildirib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: