DÇ-2022-nin açılış matçında Qətər və Ekvador yığmaları qarşılaşacaq

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış
matçında ev sahiblərinin rəqibi Ekvador yığması olacaq.

AzerTimes-ın məlumatına görə, bu, Dohada keçirilən püşkatmada bəlli
olub.

A qrupunun iştirakçılarının oyunu “Əl-Beyt” stadionunda
keçiriləcək. Oyun bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı bu il noyabrın 21-dən dekabrın
18-dək Qətərdə keçiriləcək.

Teqlər: