Ağdamda 54 yaşlı kişi su arxında boğularaq ölüb

Ağdamda 54 yaşlı kişi su arxında boğularaq ölüb.

Trend-in
yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Rzalar kəndində baş
verib. Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin
yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa
yıxılıb. Nəticədə köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq
ölüb. Yaxınlarının verdiyi məlumata görə, Ə.Rzayev fiziki qüsürlü
olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: