Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğrulluq etmək istəyən dəstə saxlanılıb (FOTO)


Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
təxrə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon
ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin
ərazisindən külli miqdarda metal məfti (tros) və çəpərləri
oğrulamağa cəhd edən şəxslər “iş” başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, peşəkarlıqla keçirilən
əməliyyat tədbirləri zamanı qabaqcadan əlbir olaraq bir qrup şəxs
halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən
rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev
və Elnur Əsgərov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının
11-də elektrikli mişar və digər alətlər vasitəsi ilə ərazidəki
ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini
saxlayan 1600 metr uzunluğundakı metal məftil (tros) və 400 metr
uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa
təhvil verilib, faktla bağlı Daşkəsən RPŞ-də zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: