AccessBank-dan hüquqi şəxslər və fərdi sahibkarlar üçün komissiyasız xidmət!

AccessBank hüquqi şəxslər və fərdi sahibkarlar üçün xüsusi
kampaniyaya start verir. Kampaniyaya əsasən, AccessBank-da hesab
açan yeni müştərilər SWIFT əməliyyatları həyata keçirərkən heç bir
komissiya haqqı ödəməyəcəklər.

Təklif yeni müştərilərin ilk ay ərzində məcmu halda 200 000 AZN
ekvivalentindən artıq olmayan xarici valyutada olan köçürmələrinə
şamil edilir.

Qeyd edək ki, AccessBank-ın ABŞ və Avropanın nəhəng maliyyə
qurumlarında xarici valyutada müxbir bank hesabları var.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.

Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq
təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə
olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına,
və ya bankın sosial media hesablarına (Facebook, Instagram,
LinkedIn) daxil olmaq olar.