Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı
genişləndirilir.
AzerTimes-ın
məlumatına görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna
dəyişikliklər təklif edilir.
Dəyişiklikləri AzerTimes-a şərh edən Milli Məclisin deputatı Vüqar
Bayramov bildirib ki, layihəyə əsasən, axırıncı iş yerindən asılı
olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ
verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti
xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış
kişilərin və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya
çıxmaq hüququ qazancaqlar.
Onun sözlərinə görə, pensiyaya tez çıxmaq hüququ digər bir sıra
şəxslər ilə müqayisədə də dəyişir.
“Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin
(liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy
şəxslər azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya
çıxa biləcəklər.
Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə
əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il,
səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər
üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15
il azaldılacaq”, – deyə o bildirib.