Daha iki nominasiyada “Oskar” qaliblərinin adları açıqlanıb

Aktyor Troy Kotzur Şanq Haderin rejissoru olduğu “CODA: Kar
valideynlərin övladı” (CODA, 2020) filminə görə Ən Yaxşı ikinci
plan kişi rolu nominasiyasında “Oskar” mükafatını qazanıb.

Trend xəbər verir ki, komik drama janrında çəkilən filmdə ailədə
yeganə eşitmə qabiliyyətinə malik yeniyetmə qızdan bəhs edilir.
Eşitmə və danışma qüsurlu Kotzur filmdə baş qəhrəmanın atası
obrazını canlandırıb.

Eyni nominasiyada “Oskar” uğrunda Kiran Haynds (“Belfast”),
Cessi Plemons və Kodi-Smitt Makfi (hər ikisi “Köpəyin gücü”) və
Conatan Simmons (“Rikardonun rolunda”) mübarizə aparıblar.

Bundan əlavə, ən yaxşı xarici film nominasiyasında yaponiyalı
rejissor Ryusuke Xamaqutinin “Avtomobilimin sükanı arxasına əyləş”
filmi qalib seçilib.