ABŞ-ın Kolorado ştatında meşə yanğınlarına görə 20 min insan təxliyə edilib

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə
yanğınlarına görə 20 min insan təxliyə edilib.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, yanğın şəhərin
cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə
böyüyüb. Hazırda yanğının müvafiq təyyarələrin də iştirakı ilə
yaşayış yerlərinə yaxınlaşmasının qarşısının alınması və
söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə
yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.

Teqlər: