Daha bir etirazçı əhalinin gözü qarşısında asıldı

Daha bir etirazçı əhalinin gözü qarşısında asıldı

“Bəsic”in iki üzvünün öldürülməsində ittiham edilən Məcid Rza Rəhnəvərd dekabrın 12-si səhər saatlarında Məşəddə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.

AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda Məcid Rza Rəhnəvərdə işgəncə edildiyi, əlinin sındırıldığı və Məşhəd şəhərində keçirilən nümayişdə Danyal Zeynalzadə və Hüseyn Rzazadə adlı “Bəsic” üzvlərinin öldürülməsində rolu barədə ondan məcburi etiraf alındığı bildirilir.

Qeyd edək ki, Məcid Rza Rəhnəvərd İrandakı aksiyalarda iştirakına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

Teqlər: