Azərbaycanlılar Qarabağdakı erməniləri aksiyaya dəvət etdi

Azərbaycanlılar Qarabağdakı erməniləri aksiyaya dəvət etdi

Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib.

AzerTimes xəbər verir ki, bu barədə ictimai fəal, Kəlbəcər rayon sakini Həcər Abbaslı Report-a açıqlamasında bildirib.

“Biz sülhməramlılara öz tələblərimizi irəli sürmək üçün buraya gəlmişik. Ekoloji terrora son deyirik. Öz haqlı tələblərimizi sülhməramlıların rəhbərinin nəzərinə çatdırmaq üçün buradayıq. Bütün Qarabağda olan erməniləri də bizə dəstək verməyə çağırırıq. Çünki onlar da bizim vətəndaşlarımızdır. Baş verən ekoloji terrora onlar da susmamalıdırlar. Qarabağda yaşayan erməniləri burada keçirdiyimiz aksiyaya qoşulmağa dəvət edirik”, – fəal deyib.

Qeyd edək ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.

Teqlər: