Azərbaycanda D230 strukturu üzrə seysmik məlumatların təhlili
başa çatır.
Bunu Trend-ə bp-nin Xəzər regionu üzrə kommunikasiya
və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
deyib.
“D230 strukturunda əldə olunmuş seysmik məlumatların
interpretasiyası davam edir. Bu il biz Abşeron Yarımadasının
Dayazsulu Hissəsində (SWAP) kəşfiyyat quyularınln qazılmasına
diqqət yönəltmişik. Ötən il isə bizim diqqətimiz “Şəfəq-Asiman”
strukturuna yönəlmişdi. Hazırda bu layihələr prioritetdir. D230
üzrə seysmik məlumatların təhlili başa çatır. Hazırda bu strukturda
yaxın zamanlarda kəşfiyyat quyusunun qazılması planlaşdırılmır”, –
deyə o bildirib.
Qeyd edək ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq
istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir.
Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun
məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. 25
illik hasialtın pay bölgüsü sazişinə əsasən bp 50 faiz işitrak
payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak
payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
(Tərcüməçi: Orxan Nəbiyev)