7 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb (FOTO)

1 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət”
mərkəzi fəaliyyətə başlayıb.

AzerTimes xəbər verir ki, 7 saylı
Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində xidmətlərə artan ciddi
tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan
vətəndaşlara xidmət göstərir.

Xatırladaq ki, 28 may 2022-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəzin açılışında iştirak
ediblər.
Hazırda 23 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt
Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə,
Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki,
Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı
108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından
əldə etmək olar.

Teqlər: