Cüzeppe Verdinin İtaliyadakı malikanəsi satışa çıxarılacaq

Cüzeppe Verdinin İtaliyadakı malikanəsi satışa çıxarılacaq

Dünya şöhrətli bəstəkar Cüzeppe Verdinin malikanəsi hərraca çıxarılacaq.

AzerTimes xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Malikanə hazırda Verdi nəslinə məxsusdur. Artıq 20 ildir ki, ailə malikanə ilə nə edəcəyini bilmədiyinə görə onu hərraca qoymağa qərar verib.

Malikanədə bəstəkarın şəxsi əşyaları, kitabları, sənədləri və rəsmləri mövcuddur.

Villanın satışı ilə bağlı yayılan xəbərdən sonra italyan dirijor Alessandro Bonato dövlət rəhbərlərini C.Verdininin malikanəsini dünya irsinin bir hissəsi olduğu üçün xilas etməyə çağırıb və bunun üçün petisiya başladıb.

Bu günə qədər 4 minə yaxın insan petisiyanı imzalayıb.

Qeyd edək ki, Cüzeppe Verdi ömrünün 51 ilini bu malikanədə keçirib.

Teqlər: