İranda PUA aliminin meyiti tapıldı

İranda PUA aliminin meyiti tapıldı

İranda aerokosmik texnika və aeronavtika sahəsində tanınmış alim Əyyub Ənsarinin meyiti aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İlkin məlumata əsasən, alim qidadan zəhərlənərək ölüb.

Onun ölümündə MOSSAD-ın adı da hallanır. Ancaq rəsmi Tehran hadisə ilə bağlı hələ ki açıqlama verməyib.

Qeyd edək ki, adıçəkilən alim pilotsuz uçan aparatların hazırlanması ilə də məşğul olub.

Teqlər: