Cüdoçularımız gümüş medalla kifayətləndi

Cüdoçularımız gümüş medalla kifayətləndi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatının komanda yarışları başa çatıb.

AzerTimes-ın məlumatına görə, Azərbaycan yığması turnirin finalında Fransa millisi ilə qarşılaşıb. Qızıl medal uğrunda görüşdə məğlub olan yığmamız çempionatın gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, idmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medal qazanıblar.

Teqlər: