Çoxnövçülük üzrə komanda yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının çoxnövçülük üzrə komanda yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumaıtna görə, qızıl medalları Rusiya komandası, gümüş medalları ABŞ komandası, bürünc medalları isə Böyük Britaniya komandası qazanıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Teqlər: