Rusiyalı gimnastlar Bakıda keçirilən DÇ-də çoxnövçülükdə qızıl medal qazanıblar

Xəbər - Cani Babayeva – AzerTimes:

Rusiya komandası Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının çoxnövçülük üzrə komanda yarışlarında qızıl medal qazanıblar.

AzerTimes-ın məlumatına görə, ikinci yeri ABŞ komandası, üçüncü yeri isə Böyük Britaniya komandası tutub.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.


Azərbaycan gimnastı Mixail Malkin çempionatın tamblinq proqramında gümüş medal qazanıb.

Teqlər: