COVID-lə mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə
tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli
əlavənin verilməsi uzadılıb.

AzerTimes xəbər verir
ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə
əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan
işçilərin əməkhaqlarına müddətli əlavənin verilməsi 2022-ci il
martın 1-dək uzadılıb.


Bundan əvvəl bu müddət 2022-ci il ynavarın 1-dək nəzərdə
tutulmuşdu.

Teqlər: