Ali məktəblərə qəbul qaydalarında dəyişiklik edilib

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları
dəyişib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd
qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz
istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri
ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud
hər iki altqrupu seçməlidirlər.

Həmçinin, III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil
olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC)
altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək
istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq
imtahanı verməlidirlər.

Teqlər: