Koronavirus (COVİD-19) pandemiyasının bitməsindən danışmaq üçün
hələ tezdir.
Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş
direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, yoluxma hallarının sayı yüksək olaraq
qalır, bir çox ölkədə koronavirusa qarşı peyvəndləmə göstəricisi
çox aşağıdır.
ÜST-ün baş direktoru qeyd edib ki, dünyada koronavirusdan ölüm
hallarının sayında azalma tendensiyasına baxmayaraq, “pandemiya
hələ də bitmək üzrə deyil”.
Onun sözlərinə görə, pandemiya ilə bağlı məhdudiyyətlərin
yumşaldılması yoluxma hallarının artmasna imkan verir, yeni
ştammların yaranma riskini artırır.