ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb

ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb.

Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken ABŞ
və Hindistan arasında keçirilən ikitərəflərin yekunları üzrə
çıxışında deyib.

Onun sözlərinə görə, Rusiyadan S-400 sistemlərinin alınmasına
görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərar hələ
verilməyib.

“Biz bütün ölkələri Rusiyanın silah sistemlərini əldə etmək üçün
böyük yeni sövdələşmələrdən çəkinməyə çağırırıq”, – deyə E.Blinken
bildirib.