Conson və Zelenski Ukraynaya silah tədarükünü müzakirə ediblər

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna prezidenti
Vladimir Zelenski arasında telefon danışığı olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Britaniya hakimiyyəti rəhbərinin mətbuat
xidməti bildirib.

Məlumata əsasən, London Kiyev hakimiyyətinə silah tədarük etmək
vədinə sadiq olduğunu bildirib:

“Prezident Zelenski hesab edir ki, növbəti 24 saat Ukrayna üçün
əsas olacaq. Baş nazir bildirib ki, o, Böyük Britaniya və
müttəfiqlərinin müdafiə yardımlarının Ukraynaya çatdırılması üçün
əlindən gələni edəcək. Liderlər yaxın təmasları davam etdirməyə
razılaşdılar, Baş nazir Britaniyanın Ukraynanın suverenliyinə güclü
dəstəyini bir daha təkrarlayıb”.

Teqlər: