Aİ Ukraynaya döyüş təyyarələri verəcək – Borrel

Avropa İttifaqının ayrı-ayrı üzv dövlətləri Ukraynanı döyüş
təyyarələri ilə təmin edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti,
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi
Jozep Borrell Aİ Şurasının videokonfrans formatında üzv dövlətlərin
xarici işlər nazirləri səviyyəsində iclasından sonra deyib.

“Və təbii ki, biz silahlar, döyüş təyyarələri təqdim edəcəyik.
Hətta döyüş təyyarələri də təqdim edəcəyik. Biz təkcə döyüş sursatı
haqqında danışmırıq. Biz müharibəyə göndərmək üçün daha vacib
silahlar veririk”, – deyə J.Borrel qeyd edib.


Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, Ukraynanın xarici
işlər naziri Dmitri Kuleba Avropa İttifaqından Ukraynanın
qırıcılara və döyüş təyyarələrinə ehtiyacı olduğunu bildirib:

“Söhbət hansı tip təyyarələrdən getdiyini bilirik və bəzi üzv
ölkələrdə belə təyyarələr var”.

Teqlər: