Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan
Prezidenti İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik
məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı
arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə
sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.
Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik
münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir
zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və
tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq
təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq
etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq
məqsədilə Azərbaycanla birgə işləyəcəyik.
Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən
xoş arzularımı yetirirəm”.