Dumanlı hava şəraitində azan 4 nəfər xilas edilib

Siyəzən rayonu, Zarat kəndi istiqamətində dağlıq ərazidə qarlı
və dumanlı hava şəraitində yollarını azaraq köməksiz vəziyyətdə
qalan 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, bu
barədə qurumun “112″ qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən
Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri dərhal
əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən vətəndaşlar operativ
olaraq dağdan təhlükəsiz əraziyə təxliyə olunaraq xilas
ediliblər.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək
havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv
xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə
əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə
çağırır.

Teqlər: