UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları
çərçivəsində İspaniyanın “Vilyarreal” klubu Almaniyanın “Bavariya”
klubunu qəbul edib.
AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin minimal
hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Oyunda yeganə qolu 8-ci dəqiqədə Arno Danjuma vurub.
Qeyd edək ki, cavab qarşılaşması aprelin 12-si Münhendə
keçiriləcək.