Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ukraynanın “Dinamo” (Kiyev) klubu Almaniyanın “Bavariya” klubunu qəbul edib.
Trend-in məlumatına görə, oyun qonalqarın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində qolları Robert Levandovski (14-cü dəqiqə) və Kinqsli Koman (42), “Dinamo”nun yeganə qolunu isə 70-ci dəqiqədə Denis Qarmaş vurub.
Bu qələbədən sonra “Bavariya” xallarının sayını 15-ə çatdırıb və pley-offa qrupun birinci yerindən çıxışı təmin edib, 5 tura 1 xal toplayan “Dinamo” isə pley-offa çıxmaq şansını itirib.