Çempionlar Liqası: “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqəni təmin edib

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İspaniyanın “Vilyareal” klubu İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun qonalqarın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Kriştianu Ronaldu (78-ci dəqiqə) və Ceydon Sanço (90) vurublar.


Bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Mançester Yunayted” qrup mərhələsinin bitməsinə 1 tur qalmış 1/8 finala vəsiqəni təmin edib.

Teqlər: