Çinin kosmik aparatı uğurla Marsın səthinə enib

Çinin “Tianven-1” Mars kəşfiyyat vasitəsi uğurlu eniş edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Milli kosmik idarəsi məlumat verib.

Avtomatik planetlərarası stansiya “Tianven-1” 23 iyul 2020-ci il tarixində Çinin cənubundakı Haynan əyalətində yerləşən Venchan kosmodromundan “Çançjen-5” raket daşıyıcısının vasitəsi ilə buraxıldı. Apparat Marsın orbitinə fevral ayında çatıb.