Çində yeddi nəfər qasırğanın qurbanı olub

Çinin Xubey əyalətinin Uhan şəhərində qasırğa nəticəsində ən azı 6 nəfər həlak olub, 218 insan xəsarət alıb.

AzerTimes-ın məlumatına görə, qasırğalı küləyin sürəti saniyədə 23,9 metrə çatıb. Qasırğa binalara zərər vurub, ağacları yıxıb.

Qasırğa səbəbindən Tzyansu əyalətində 1 nəfər həlak olub, daha 21 nəfər zərər çəkib.

Teqlər: