Çindən Rusiya və Ukraynaya: İlkin şərt olmadan…

Çindən Rusiya və Ukraynaya: İlkin şərt olmadan…

Çin Moskva və Kiyevi ilkin şərt olmadan beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqları bərpa etməyə çağırır.

AzerTimes xəbər verir ki, bunu cümə günü Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin Təhlükəsizlik Şurasının Ukrayna mövzusu üzrə iclasında çıxışı zamanı deyib.

“Diplomatik danışıqlar Ukrayna böhranını həll etməyin yeganə yoludur. Beynəlxalq ictimaiyyət sülh və danışıqları təşviq etməli, danışıqların bərpası üçün əlverişli platformalar yaratmaq və asanlaşdırmaq üçün təcili çalışmalıdır. Münaqişə tərəflərini danışıqlar masası arxasına çəkmək asan iş olmayacaq. Ancaq bu, siyasi həll yolunda ilk addımdır… Biz Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırırıq. Ukrayna böyük dövlətlər arasında mübarizə meydanı deyil, heç kim bu münaqişədən Ukrayna xalqı hesabına faydalanmağa çalışmamalıdır”, – diplomat qeyd edib.

Teqlər: