Türkiyənin 3 şəhərində zəlzələ oldu

Türkiyənin 3 şəhərində zəlzələ oldu

2023.02.24 – 21:44

Türkiyənin Konya vilayətinin Ereğli ilçəsində 4,3 bal, daha sonra isə Sivasın Gürün ilçəsində 4,7 bal gücündə zəlzələ baş verib.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar Niğde, Nevşəhir, Kayseri və Aksaray vilayətlərində də hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

***

Türkiyənin Malatya şəhərinin Pütürgə rayonunda 4,7 maqnitudalı zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

Yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

Teqlər: