Çindən G7-nin bəyanatına etiraz: Məktub göndərildi

Çindən G7-nin bəyanatına etiraz: Məktub göndərildi

Çin hakimiyyəti Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələrinin (G7) sammitində Çinlə bağlı qəbul edilən kommunike müddəalarını həqiqətəuyğun hesab etmir.

AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Çin hakimiyyəti bununla bağlı etirazını bildirib və G7 sammitinə ev sahibliyi edən Yaponiyaya etiraz məktubu göndərib.

Pekin qeyd edib ki, G7 ölkələri Çini narahat edən mövzulara məhəl qoymur və ölkənin daxili, o cümlədən Tayvanla bağlı işlərinə qarışır.

Teqlər: