Pakistanda silahlı hücum: 3 əsgər öldürüldü

Pakistanda silahlı hücum: 3 əsgər öldürüldü

Pakistanın Bəlucistan bölgəsinin Zərqun rayonunda təhlükəsizlik məntəqəsinə hücum edilib.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Məlumata görə, qarşıdurma zamanı 3 əsgər həyatını itirib. 1 yaraqlı isə məhv edilib.

Heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Teqlər: