Çində zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb

Çinin Yunnan əyalətində ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfərə, xəsarət alanların sayı isə 27 nəfərə çatıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, iki nəfər Yanbi-İysk muxtar rayonunda, 1 nəfər isə Yunpin rayonunda həlak olub. Daha əvvəl 1 nəfərin öldüyü, 21 nəfərin xəsarət aldığı bildirilirdi.

Xatırladaq ki, Yanbi-İysk muxtar rayonunda ilk zəlzələ ötən gün Bakı vaxtı ilə saat 16:56-da qeydə alınıb. Təxminən 1,5 saat ərzində 2,8-6,4 bal səviyyəsində ardıcıl 20 zəlzələ baş verib.


Zəlzələlər nəticəsində 72,3 min nəfərə maddi, 12,9 min bina, ev və digər tikililərə ziyan dəyib.