Braziliyada ötən sutka koronavirusdan 2 215 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 855 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 970 949 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 215 nəfər ölüb, ölənlərin ümumi sayı 446 309 nəfər təşkil edir.