Çində tibb mərkəzində yanğın olub, ölənlər var

Çinin Henan şəhərində tibbi mərkəzdə yanğın baş verib.

AzerTimes-ın “CCTV” telekanalına istinadən verdiyi məlumata görə, yanğın təxminən 00:27-də başlayıb və 1 saat sonra söndürülüb.

Məlumata əsasən, yanğın nəticəsində azı 5 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb.

Yanğının səbəbi barədə məlumat verilmir.