Almatıda saxlanılanlar arasında xarici vətəndaşlar da var – Nazirlik

Polis orqanlarına 4 266 nəfər gətirilib. Saxlanılanlar arasında xarici vətəndaşlar da var.

AzerTimes-ın məlumatına görə, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Situasiya Mərkəzindən bildiriblər.

Məlumata əsasən, Almatı vilayətinin kəndlərindən birində 100-dən artıq insan saxlanılıb. İlkin məlumata əsasən, saxlanılanlar xarici ölkənin vətəndaşlarıdır.

Bundan əlavə Jambıl vilayətinin yaşayış məntəqələrindən birində bir neçə avtomat və tapança aşkar edilib.

Eyni zamanda Almatı şəhərində polislər güllələr, sursat və oğurlanmış əşyaları müsadirə ediblər.

Faktla bağlı ibtidai araşdırma aparılır.