Çinin Henan şəhərində tibbi mərkəzdə yanğın baş verib.
AzerTimes-ın “CCTV” telekanalına istinadən verdiyi məlumata görə, yanğın təxminən 00:27-də başlayıb və 1 saat sonra söndürülüb.
Məlumata əsasən, yanğın nəticəsində azı 5 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb.
Yanğının səbəbi barədə məlumat verilmir.