Çində sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq yanıb, xəsarət alanlar var

Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında
göyərtəsində 122 nəfərin olduğu “Tibet Airlines” şirkətinə məxsus
təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Trend yerli
KİV-lərə istinadla xəbər verir ki, “Airbus A319” model təyyarənin
göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.

Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının
məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyyə
edilib.

Onların arasına 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu
bildirilir.

Teqlər: