ABŞ Dövlət Departamenti Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir.

Trend xəbər
verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
keçirdiyi brifinq zamanı söyləyib.

“Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini
dəstəkləmirik və vahid Çin siyasətinə sadiq qalırıq”, – o
deyib.

N.Prays vurğulayıb ki, ABŞ və Tayvanı Asiya regionunda
təhlükəsizliyi qorumaq üzrə yaxın və möhkəm əlaqələr
birləşdirir.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin
“hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirmişdi.

Teqlər: