Çili hökuməti miqrasiya böhranı və artan cinayətlə əlaqədar
ölkənin şimalındakı bir sıra bölgələrdə fövqəladə vəziyyət tətbiq
edəcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin daxili işlər və ictimai
təhlükəsizlik naziri Rodriqo Delqado bildirib.
“Sərhədyanı zonasındakı dörd əyalətdə – Arika, Parinakote,
Tamaruqal və El Loedə fövqəladə vəziyyət elan ediləcək”.
Onun sözlərinə görə, bu tədbir bölgələrdə ictimai asayişin təmin
edilməsinə hərbçiləri cəlb etməyə imkan yaradacaq.