Türkiyə və Ukraynanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı
Dmitri Kuleba ilə bölgədəki son hadisələrlə bağlı telefon danışığı
aparıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
bildirib.

“Xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ukraynanın xarici
işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Görüş
zamanı Ukraynadakı son hadisələr müzakirə olunub”, – deyə Nazirlik
qeyd edib.

Teqlər: