CHP sədri ilə İncə arasında gərginlik: Seçki gecəsi…

CHP sədri ilə İncə arasında gərginlik: Seçki gecəsi…

Özgür Özəl (CHP sədri), Türkiyədə 2018-ci ildə keçirilən prezident seçkilərində harada olmağımla maraqlanmısınız. Bunu sizə “şagirdim” deyən ustanızdan soruşun.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə X hesabında yazıb.

“Sən bilmərsən, həmin vaxtlar sən “şagird” idin. Sistemin necə çökdüyünü o sənə başa salsın”, – M.İncə bildirib.

“Özgür Özəl məndən soruşur ki, 2018-ci ildə seçki gecəsi harada idin? HDP-nin uğurlu nəticə əldə etdiyini biləndə sevincindən qışqırıb havaya tullanan sən deyildin?”, – partiya sədri əlavə edib.

Qeyd edək ki, Ö.Özəl qonaq olduğu televiziya verilişində M.İncənin 2018-ci ildə keçirilən prezident seçkilərində qaçıb gizləndiyini iddia edib.

Teqlər: