Bakıda VAZ-la yük maşını toqquşdu: ölən var – Video

Bakıda VAZ-la yük maşını toqquşdu: ölən var – Video

Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı VAZ-2106 markalı maşın yük avtomobili ilə toqquşub.

Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə səbəb VAZ-2106 markalı avtomobilin dairəyə daxil olan digər nəqliyyat vasitələrini gözləməməsi olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 isə nəfər xəsarət alıb. Müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: