Ceyhun Bayramov somalili həmkarı ilə görüşdü

Ceyhun Bayramov somalili həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Teqlər: