Britaniyanın “Əjdaha atəşi”: İstənilən hədəfi vurur

Britaniyanın “Əjdaha atəşi”: İstənilən hədəfi vurur

Böyük Britaniya “DragonFire” (Əjdaha atəşi) adlı enerji lazer silahının yeni uğurlu sınağını keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, hava hədəflərinə ilk dəfə olduqca güclü atəş açılıb.

Sınaq Şotlandiyanın qərb sahillərindəki Hebrid adalarında baş tutub.

Agentlik milli təhlükəsizlik baxımından DragonFire-ın atış məsafəsini açıqlamayıb, lakin qeyd edib ki, silah hər hansı görünən hədəfi məhv edə bilər.

Müdafiə Nazirliyi 1 km məsafədən sikkə vurmağa qadir olan yüksək dəqiqliyə malik lazer silahları yaratmaq niyyətində olduqlarını vurğulayıb.

Teqlər: